Rəqib uduzdu, Turan Bayramov "Paris-2024"ü medalsız başa vurdu

Rəqib uduzdu, Turan Bayramov "Paris-2024"ü medalsız başa vurdu

Azərbaycanın daha bir güləşçisi Fransada keçirilən Paris-2024 yay Olimpiya Oyunlarını medalsız başa vurub.

Mediasport.az xəbər verir ki, 74 kq çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Turan Bayramov yarışla vaxtından əvvəl vidalaşıb.

Gənclər arasında Olimpiya çempionumuzun startda - 1/8 finalda 3:4 hesabı ilə məğlub olduğu Albaniya təmsilçisi Çermen Valiyev finala vəsiqə qazana bilməyib.

Beləliklə, Bayramov üçün bürünc medal şansı yaranmayıb.