Peşəkar Futbol Liqası Murad Məmmədovu mükafatlandırdı
Peşəkar Futbol Liqasının “Ayın qolu” layihəsinin növbəti qalibi mükafatlandırılıb.
Mediasport.az xəbər verir ki, noyabr ayının ən yaxşı qolunun müəllifi Murad Məmmədova mükafat Premyer Liqanın 17-ci turunun "Neftçi" - "Kəpəz" oyunundan əvvəl təqdim olunub.
Yarımmüdafiəçiyə mükafatları Peşəkar Futbol Liqasının Texniki-İdman direktoru Elgiz Abbasov təqdim edib.