Peşəkar Futbol Liqası "Cəbrayıl"ın hücumçusunu mükafatlandırdı
Peşəkar Futbol Liqasının 1-ci Liqada “Ayın qolu” layihəsinin dekabr üçün qalibi mükafatlandırılıb.
Mediasport.az xəbər verir ki, ən yaxşı qolun müəllifi "Cəbrayıl"dan Bilal İsmayılov seçilib.
Futbolçuya mükafatı 12-ci turun “Qaradağ Lökbatan”la görüşündən əvvəl qurumun Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.