"Oyunumuzda artım çoxdur, diqqətli olmalıyıq, qələbələr gələcək

"Oyunumuzda artım çoxdur, diqqətli olmalıyıq, qələbələr gələcək

"Oyuna yaxşı hazırlaşmışıq. Meydana yalnız qələbə üçün çıxacağıq. Diqqətli olub baş məşqçinin tapşırıqlarını yerinə yetirməliyik".

Bu sözləri mediasport.az saytına açıqlamasında "Sumqayıt"ın yarımmüdafiəçisi Vüsal İsgəndərli deyib.

Son vaxtlar yaxşı təsir bağışlayan İsgəndərli millinin təlim-məşq toplanışına dəvət almamasına münsasibət bildirmək istəməyib. Bu gün Azərbaycan Kubokunun 1/8 finalı çərçivəsində Gəncədə "Kəpəz"in qonağı olacaq Sumqayıt təmsilçisinin 27 yaşlı futbolçusu Samir Abasovun gəlişindən sonra komandanın çıxışlarında müsbətə doğru dəyişikliklərin olduğunu deyib:

"Məncə, Samir müəllimin gəlişindən sonra oyunumuzda xeyli artım var. İnşallah, qələbələr gələcək. Özümüzə güvənib diqqətli olmaqla bu vəziyyətdən çıxa bilərik. Rəhbərlik komandaya inanır. Qarşımıza yalnız bu vəziyyətdən çıxmaq hədəfi qoyulub. Matça gəlincə, Gəncədə bizi çətin oyunun gözlədiyini bilirik. "Kəpəz" yaxşı komandadır. Buna baxmayaraq, məqsədimiz qələbə qazanmaqdır".

"Kəpəz" - "Sumqayıt" oyunu saat 14:00-da başlanacaq. Mərhələni keçən tərəf 1/4 finalda "Turan Tovuz"la qarşılaşacaq.