Xorvatiyalı futbolçu üçün Azərbaycan Premyer Liqasında ikiqat yubiley
Premyer Liqanın IX turunun “Qəbələ” ilə səfər oyununda “Qarabağ”ın qələbə topunu vuran Filip Ozobiç üçün bu qol ikiqat yubileylə əlamətdar olub.
MediaSport.az xəbər verir ki, xorvatiyalı həm çempionatda, həm də klubda yubiley qoluna imza atıb.
O, Premyer Liqada 50-ci dəfə fərqlənib. Bu toplardan 16-sı “Qəbələ”, 34-ü “Qarabağ”ın heyətində qeydə alınıb. Ağdam klubunda isə ümumilikdə 40-cı dəfə qol vurub. Onun hesabında çempionatdakı 34 topdan 6-sı avrokubokların payına düşür. Yarımmüdafiəçi Premyer Liqada ümumilikdə 129-cu, “Qarabağ”da bütün turnirlər nəzərə alınmaqla 136-cı matçını keçirib.