Azərbaycan Premyer Liqası klubu iki futbolçusu ilə yollarını ayırdı
Azərbaycan Premyer Liqasında ikinci dövrədə uğursuzluq zolağından çıxa bilməyən "Şamaxı"da "təmizləmə əməliyyatı" davam edir.
Mediasport.az saytına verilən məlumata görə, bölgə təmsilçisi qış transfer dönəmi başlamamış daha iki futbolçuya qapını göstərib.
Baş məşqçi Ayxan Abbasovun raportuna əsasən, kapitan Adil Nağıyev və Giorgi Kantariya yola salınıb.
Hər iki müdafiəçi ilə mövsümün sonunadək qüvvədə olan anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, "şirlər" bir neçə gün əvvəl cinah futbolçusu İlkin Muradovla yolları ayırmışdı.