"Qarabağ" qələbəni sonda qazandı, "Sabah" "Neftçi" ilə 1 xala razılaşdı
Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.
mediasport.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib və hər iki matç Bakıda reallaşıb.
Azərbaycan Premyer Liqası. 3-cü tur
20 avqust (bazar)
“Qarabağ” – “Araz-Naxçıvan” 2:1
Qollar: Diakabi, 15, Zubir, 90+5 - Kuzmanoviç, 50.
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Eyyub İbrahimov, Kamal Umudlu
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Azersun Arena”, 18:00
“Sabah” – “Neftçi” 1:1
Qollar: Letiç, 43 - İrasabal, 49-avtoqol.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Rauf Cabarov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”, 20:00