Premyer Liqada 1-ci dövrə yekunlaşdı

Premyer Liqada 1-ci dövrə yekunlaşdı

Premyer Liqanın 9-cu turu çərçivəsində bu gün keçirilən daha iki qarşılaşma ilə 1-ci dövrəyə yekun vuruldu.

MediaSport.az xəbər verir ki, cari çempion "Qarabağ" Qəbələ səfərində 3 xal qazanaraq liderliyini qoruyub. Ağdam klubunun ən yaxşın izləyicisi "Sabah" isə evdə "Kəpəz"i darmadağın edib.


Azərbaycan Premyer Liqası. IX tur

“Qəbələ” – “Qarabağ”0:1

Qırmızı vərəqə: İlkin Qırtımov, 43

Qol: Filip Ozobiç, 58

Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli

Qəbələ şəhər stadionu


“Sabah” – “Kəpəz” 5:0 

Qol: Coy Lens Mikels, 22, Aleksey Kaşuk, 52, 39, Anatoli Nuriyev, 42, Namiq Ələskərov, 82.

Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əli Əliyev

“Bank Respublika Arena"