Azarkeşləri "Turan Tovuz" və "Neftçi"ni ziyana salıb, "Sabah" kənar şəxslərə görə cərimələnib

Azarkeşləri "Turan Tovuz" və "Neftçi"ni ziyana salıb, "Sabah" kənar şəxslərə görə cərimələnib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Mediasport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqasının XIX turunun “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);

Həmin matçda “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilir (maddə 52.2);

Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);

Turun “Səbail” – “Zirə” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığına görə Bayıl klubu 700 manat cərimə edilir (maddə 37);

Turun “Kəpəz” – “Turan Tovuz” oyununda qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” klubu 1500 manat cərimə edilir (maddə 52.2);

Qarşılaşmanın 9-cu dəqiqəsində “Turan Tovuz” klubunun 88 nömrəli futbolçusu Faiq Hacıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, “Turan Tovuz” klubu 1500 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 39.1, 32);

Turun “Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə qonaqlar 700 manat cərimə edilir (maddə 37).