"Sumqayıt" - "Sabah" matçının hakimlər briqadası açıqlanıb
Azərbaycan Premyer Liqasında 2-ci turdan təxirə salınmış oyunun hakimlər briqadası açıqlanıb.
Mediasport.az xəbər verir ki, “Sumqayıt”la “Sabah” arasında baş tutacaq qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.
Ona yan xətt hakimləri qismində Cəmil Quliyev və Eyyub İbrahimov kömək edəcəklər. Görüşün 4-cü hakimi Rövşən Rəcəbov olacaq.
Tural Qurbanov VAR, Elşad Abdullayev AVAR funksiyasını yerinə yetirəcək.
Hakimlərin işini hakim-inspektor Rəhim Həsənov qiymətləndirəcək. Matçın AFFA nümayəndəsi isə Eldəniz Musayev olacaq.
Görüş oktyabrın 25-də “Kapital Bank Arena”da keçiriləcək və saat 18:30-da başlanacaq.