İlham Əliyev BAF-ın rəhbəri Məhəmməd Ben Sulayemi qəbul etdi

İlham Əliyev BAF-ın rəhbəri Məhəmməd Ben Sulayemi qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi qəbul edib.

mediasport.az xəbər verir ki, görüşdə Azərbaycanla Beynəlxalq Avtomobil Federasiyası arasında uzun illər mövcud olan uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Ölkəmizdə "Formula 1" yarışlarının yüksək səviyyədə təşkil edilməsinin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Azərbaycanın uzun illər dünya səviyyəli çox önəmli tədbirlərə, o cümlədən idman yarışlarına ev sahibliyi etməsi beynəlxalq əməkdaşlığa mühüm töhfə verir.

Söhbət zamanı Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.