“Qarabağ” – “Qəbələ” qarşılaşmasının biletləri neçə manata satılır?

“Qarabağ” – “Qəbələ” qarşılaşmasının biletləri neçə manata satılır?

Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsində keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşmasının biletləri satışa çıxarılıb.

Klubdan mediasport.az saytına verilən məlumata görə, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir. Biletləri bu gün iticket.az-dan ala bilərsiniz. Oyun günü isə biletləri həm "iticket.az", həm də “Azersun Arena”nın kassasından almaq mümkündür.

QEYD: Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Matç saat 20:30-da başlanacaq.