"Qarabağ" Çempionlar Liqasının ilk pley-off oyununda məğlub oldu
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
Mediasport.az xəbər verir ki, ilk dəfə fərqli formatda keçiriləcək qitənin bir nömrəli klub yarışının əsas mərhələsinin biraddımlığında olan "Qarabağ" ilk görüşünü Xorvatiyada keçirib.
Qurban Qurbanovun rəhbərlik etdiyi Azərbaycan çempionu "Maksimir"də Zaqreb "Dinamo"sunun qonağı olub.
Cavab qarşılaşması avqustun 28-i, 20:45-də Bakıda reallaşacaq.
Xatırladaq ki, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində indiyədək bir dəfə iştirak edib.
"Köhlən atlılar" 2017/2018-ci illər mövsümündə "Roma" (İtaliya), "Çelsi" (İngiltərə) və "Atletiko" (Madrid, İspaniya) ilə eyni qrupda mübarizə aparıblar.
Komandamız ÇL-in bu mərhələsində çıxışını dayandırsa, yoluna UEFA Avropa Liqasının qrup mərhələsində davam edəcək.
UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. İlk oyun
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" (Azərbaycan) 3:0
Qollar: Marko Pyaça, 29, Sandro Kulenoviç, 75, 80.
Baş hakim: Qlenn Niberq (İsveç).
Dinamo: İvan Nevistiç, Bruno Petkoviç, Martin Baturina, Arber Xoca, Sami Mae, Ronael Pyerre-Qabruel, Marko Pyatsa, Stefan Ristovski, Petar Suşiç, Yosip Mişiç, Kevi Teofile-Katerin
Baş məşqçi: Sergey Yakiroviç
Qarabağ: Fabian Buntiç, Mateus Silva, Julio Romao, Yassin Benzia, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Juninyo, Elvin Cəfərquliyev, Patrik Andrade, Kevin Medina.
Baş məşqçi: Qurban Qurbanov
"Maksimir" stadionu. Zaqreb, Xorvatiya.