"Qarabağ"ın futbolçusu Türkiyə millisi ilə oyun haqqında nə dedi?
Monteneqro milli komandasının futbolçusu Marko Yankoviç UEFA Mİllətlər Liqasının B Liqasının 6-cı turu mərçivəsində sabah Türkiyə yığması ilə keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu qrup lideri Türkiyə millisinə qarşı yaxşı hazırlaşdıqlarını deyib.
O, cari turnirdə keçirdikləri 5 matçın hamısında məğlub olan komandasının görüşdən xal və ya xallarla ayrılacağına ümid etdiyini vurğulayıb:
"Türkiyə seçməsi qrupumuzda ən yaxşı futbol oynayan komandadır. A Liqasına layiqdirlər. Heyətindəki futbolçular "Real", "Yuventus", "İnter", "Benfika", "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" kimi komandalarda oynayırlar. Lakin biz də xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bilirik ki, çətin matç olacaq".
Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçkinin çalışdırdığı Monteneqro millisi Uels və İslandiya kollektivlərinin də yer aldığı qrupda sonuncu pillədə qərarlaşıb, Türkiyə 11 xalla liderdir.