Azərbaycanlı hakimlər "Rakuv" - "Şturm" matçına təyinat alıblar
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 5-də keçiriləcək “Rakuv” (Polşa) – “Şturm" (Avstriya) oyunu azərbaycanlı hakimlərə həvalə edilib.
Mediasport.az xəbər verir ki, baş hakim Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli laynsman qismində kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Oyunun var hakimləri niderlandlı Jerön Manşöt və Sergey Ervin Blank olacaqlar.
Matç Bakı vaxtilə saat 20:45-də start götürəcək.