"Qarabağ"dan 7 qollu qələbə

 "Qarabağ"dan 7 qollu qələbə

"Qarabağ" mövsümün ikinci yarısının hazırlığını davam etdirir.

Mediasport.az xəbər verir ki, yanvarın 5-də qış toplanışına start verən Ağdam təmsilçisi məşqlərini Bakıda keçir.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu gün ilk yoxlama oyununa çıxıb.

Azərbaycan çempionu əvəzedicilərlə gücünü sınayıb və bol qollu matçdan qalib ayrılıb.

Qeyd edək ki, “Qarabağ” yanvarın 15-də “Zirə” ilə yoxlama görüşündə üz-üzə gələcək.


“Qarabağ” – “Qarabağ-2” 7:2

Qollar: Leandro Andrade, Olavio Juninyo, Abdullah Zubir, Nəriman Axundzadə (2), Hamidu Keyta (2) - Musa Musazadə, Nurlan Şabanov.