"Neftçi"də KÖKLÜ İSLAHAT! Müşahidə Şurasının rəhbəri və üzvləri dəyişdi
Neftçi"nin Müşahidə Şurası yenilənib.
mediasport.az xəbər verir ki, klubun Müşahidə Şurasının yeni sədri SOCAR prezidenti Rövşən Nəcəf olub. O, bu postda Çingiz Abdullayevi əvəzləyib.
Müşahidə Şurasına təhsil naziri Emin Əmrullayev, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov yeni üzv seçiliblər. Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov öz vəzifələrində qalıblar.
Müşahidə Şurasının əvvəlki üzvləri Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov isə klubdan ayrılıb.