"Qarabağ"ı məyus edən kamerunlu: "Nə etməli olduğumuzu bilirdik"
"Nant"ın hücumçusu İqnatius Qanaqo Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Qarabağ”a qarşı keçirilən görüşünü şərh edib.
mediasport.az xəbər verir ki, komandasının qələbə qolunun müəllifi olan forvard görüş barədə bunları deyib:
"Həqiqətən də xüsusi gecə idi. Biz çox xoşbəxtik, dəstək olan bütün bütün azarkeşlərə minnətdaram. Meydanda nə etməli olduğumuzu bilirdik. Komanda sona qədər mübarizə apardı, təslim olmadı. “Qarabağ”la ilk oyunda birinci hissəni yaxşı səviyyədə keçirmişdik. Lakin ondan sonra bir qədər temp aşağı düşdü. Bu dəfə daha yaxşı formadaydıq və layiqli qələbə qazandıq".