Milli futbolçumuzun qardaşı Avroliqada ən yaxşı adına namizəddir

Milli futbolçumuzun qardaşı Avroliqada ən yaxşı adına namizəddir

UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

mediasport.az xəbər verir ki, bu ada "Yunion Ciloa" (Belçika) klubundan Viktor Bonifase, "Mançester Yunayted"dən (İngiltərə) Marsel Sabitser, "Feyenoord"dan (Niderland) Orkun Kökçü və "Yuventus"dan (İtaliya) Federiko Qatti iddia edir.

Konfrans Liqasında isə namizədlər Fransanın "Nitsa" klubundan Terem Moffi, İsveçrə "Bazel"indən Zeki Amduni, Belçika "Gent"indən Alessio Kastro-Montes və İtaliya "Fiorentina"sından Nikola Milenkoviçdir.

Qaliblər UEFA-nın rəsmi saytında səsvermə yolu ilə seçiləcək.

"Feyenoord"un kapitanı Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökçünün qardaşıdır.