Erməni futbolçunun adı "Qarabağ"la oyunun iştirak ərizəsinə salındı
Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində bu gün "Qarabağ"la qarşılaşacaq “Nant” oyun üçün iştirak ərizəsini açıqlayıb.
mediasport.az xəbər verir ki, bu gün baş məşqçi Antuan Kombuarenin sərəncamında 23 futbolçu olacaq ki, onlardan biri erməni yarımmüdafiəçi Qor Manvelyandır.
Qapıçılar: 1. Alban Lyafon, 16. Remi Deskam, 30. Denis Petriç;
Müdafiəçilər: 2. Fabio, 3. Andrey Cirotto, 4. Nikolya Pallua, 12. Dennis Appia, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya;
Yarımmüdafiəçilər: 5. Pedro Çirivelya, 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 17. Mussa Sissoko, 19. Məhəmməd Açi, 22. Qor Manvelyan, 29. Kenten Merlen;
Hücumçular: 7. Evann Gessan, 11. Markus Koko, 14. İqnatius Qanaqo, 27. Moyzes Simon, 31. Mustafa Məhəmməd, 55. Abdul-Kader Bamba.