"Qarabağ"ın Avropa Liqası matçlarının tarixləri məlum oldu

"Qarabağ"ın Avropa Liqası matçlarının tarixləri məlum oldu

Bu mövsümdən yeni formatda təşkil olunacaq UEFA Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın keçirəcəyi oyun günləri açıqlanıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu turnirdə ən azı 8 görüşdə meydana çıxacaq.

Qurban Qurbanovun komandasının 6 matçı 2024-cü ildə baş tutacaq, digər ikisi gələn ilə təsadüf edəcək.

Avropa Liqasında Liqa mərhələsinə sentyabrın 25-26-da start veriləcək.


UEFA Avropa Liqası. Liqa mərhələsi


1-ci tur, 25-26 sentyabr

2-ci tur, 3 oktyabr

3-cü tur, 24 oktyabr

4-cü tur, 7 noyabr

5-ci tur, 28 noyabr

6-cı tur, 12 dekabr

7-ci tur, 23 yanvar, 2025-ci il

8-ci tur, 30 yanvar, 2025-ci il