"Qəbələ"dən ayrılan israilli Premyer Liqa klubu ilə müqavilə bağladı

"Qəbələ"dən ayrılan israilli Premyer Liqa klubu ilə müqavilə bağladı

"Qəbələ"dən ayrılan Fares Abu Akel İsraildə oynayacaq.

Mediasport.az xəbər verir ki, israilli yarımmüdafiəçi Premyer Liqa təmsilçisi "İroni Tiberias"la anlaşıb.

27 yaşlı futbolçu Tiberias klubu ilə 1 illik müqavilə bağlayıb.

Xatırladaq ki, 2022-ci ilin avqustundan Qəbələ təmsilçisində forma geyinmiş Abu Akel 2022/2023-cü illər mövsümündə Azərbaycan Kubokunun qalibi olub.