"Neftçi"nin uğursuzu karyerasını Kiprdə davam etdirəcək - RƏSMİ

"Neftçi"nin uğursuzu karyerasını Kiprdə davam etdirəcək - RƏSMİ

“Neftçi”yə ötən ilin yanvarında transfer edilmiş Qodsvey Donyo karyerasını Kiprdə davam etdirəcək.

mediasport.az xəbər verir ki, "ağ-qaralar" 29 yaşlı uğursuz qanalının “Apollon”a keçidini təsdiqləyiblər.

Donyo Kipr klubu ilə 2025-ci ilin yayınadək müqavilə bağlayacaq. O, 15-i çempionat, (5 qol) 2-si kubok, 4-ü avrokubok (1 qol) olmaqla 21 rəsmi matçda “Neftçi”nin formasını geyinib, 6 qol vurub.