"Qarabağ"a uduzub azarkeşləri SÖYDÜ
"Olimpiakos"un müdafiəçisi Pape Abu Sisse "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra yerli azarkeşləri təhqir edib.
MediaSport.az xəbər verir ki, 27 yaşlı futbolçu son dəqiqələrdə əvəzlənərkən fanatlar tərəfindən fitə basılıb.
Yunanıstan mətbuatı yazır ki, seneqallı paltardəyişmə otağına gedən zaman tribunada eşitdiyi təhqirlərə yunan dilində söyüşlə qarşılıq verərək azarkeşləri daha da hiddətləndirib.