"Sumqayıt" lider "Zirə" ilə ev matçına itkilərlə çıxacaq

"Sumqayıt" lider "Zirə" ilə ev matçına itkilərlə çıxacaq

Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində "Zirə"ni qəbul edəcək "Sumqayıt" meydana itkilərlə çıxacaq.

Bu barədə Mediasport.az saytına klubun mətbuat xidmətindən məlumat verilib.

"Kimyaçılar"ın heyətində zədə səbəbi ilə müdafiəçi İsa Suliman və hücumçu Kazimir Ninqa görüşü buraxacaq.

Bundan əlavə, ötən tur "Neftçi" ilə oyunda qırmızı vərəqə alan komandanın baş məşqçisi Samir Abasov da oyunu kənardan izləyəcək.

Matç sabah 18:00-da "Kapital Bank Arena"da keçiriləcək.