"Sabah" Rusiyadan daha bir futbolçu gətirir, Ayaz vasitəçi oldu
Moskva "Spartak"ının yetirməsi Ayaz Quliyevi transfer edən “Sabah” Rusiyadan daha bir futbolçu gətirməyə hazırlaşır.
Mediasport.az xəbər verir ki, Murad Musayev “Ximki”dən ayrılan Reziuan Mirzovu heyətinə qatmaq istəyir.
Hazırda azad agent olan 30 yaşlı cinah yarımmüdafiəçisi ölkəmizə gəlməyə isti yanaşır. Məlumata görə, futbolçunun Masazır klubuna transferi üçün məhz keçmiş komanda yoldaşı Ayaz Quliyev vasitəçilik edib.
Tərəfələr arasında danışıqlar tamamlanmaq üzrədir.