Premyer Liqa: "Turan Tovuz" "Səbail"i 3 qolla məğlub edib

Premyer Liqa: "Turan Tovuz" "Səbail"i 3 qolla məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.

Ötən tur qərb derbisində "Kəpəz"ə uduzan "Turan Tovuz" bu dəfə doğma azarkeşlər önündə Şahin Diniyevin çalışdırdığı "Səbail"i məğlub edərək 2024-cü ildə ilk qələbəsini qazanıb.

Turun digər oyunları 27 və 28 yanvarda baş tutacaq.

Azərbaycan Premyer Liqası. 20-ci tur

15:00 "Turan Tovuz" - "Səbail" 3:1

Qollar: Ayxan Quseynov, 23, Luis Paçu, 73, 86 - Pedro Nunu, 81.

Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

Tovuz şəhər stadionu

“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. İsmayıl Zülfüqarlı, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalveş, 80. Otto Con, 11. Ayxan Quseynov.

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 18. Budaq Nəsirov, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 8. Fərid Yusifli, 33. Eltun Turabov, 97. Sadiq Şəfiyev, 15. Emmanuel Hakman, 9. Belajdi Pusi, 21. Aleks Souza.

Baş məşqçi: Ayxan Abbasov.

“Səbail”: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nunu, 3. Silven Delan, 21. Anas Najah.

Ehtiyat oyunçular: 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 19. Samir Abdullayev, 77. Ayub Masika, 7. Madi Keta.

Baş məşqçi: Şahin Diniyev.