Tovuzda uduzan "Sabah" səfərdə 100-cü qolunu buraxıb

 Tovuzda uduzan "Sabah" səfərdə 100-cü qolunu buraxıb

"Sabah" Azərbaycan Premyer Liqasının 29-cu turunda "Turan Tovuz"a uduzub (0:2).

Mediasport.az xəbər verir ki, Masazır təmsilçisi 85-ci səfər matçında qapısından 100-cü qolu buraxıb.

Həmin qolun müəllifi hesabı açan Aleks Souza olub.

"Sabah" çempionatın turnir cədvəlində 40 xalla beşinci pillədə qərarlaşıb.