"Kəpəz"in son rəqibi məlum oldu

"Kəpəz"in son rəqibi məlum oldu

Yeni mövsümə hazırlaşan “Kəpəz” sabah sonuncu yoxlama oyununu keçirəcək.

Mediasport.az xəbər verir ki, “sarı-göylər” Gəncədə “Pelikan” klubu ilə qarşılaşacaqlar.

Matç saat 17:30-da başlanacaq.

Adil Şükürovun komandası daha əvvəl “Turan Tovuz”a (0:4) və “Şamaxı”ya (1:2) uduzub, Küveytin “Əl Yarmuk” komandasına qalib gəlib (2:1).