"Qəbələ" ilə qarşılaşmaq istəməzdim" - Rəşad Sadıqov

"Qəbələ" ilə qarşılaşmaq istəməzdim" - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 5-ci turu çərçivəsində  “Qəbələ”yə 0:1 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

Mediasport.az  xəbər verir ki, mütəxəssis matçdan sonra bunları söyləyib:

Maraqlı və gərgin oyun alındı. Hər iki komanda qələbə üçün mübarizə aparırdı. Standart vəziyyətdən sonra qol buraxdıq. Birinci hissədə qoldan sonra reaksiya verə bilmədik. İkinci hissdə isə fərqli "Zirə" gördük. Sadəcə son zərbələrdə dəqiqlik çatmadı.  Məyusuq.

"Qəbələ" ilə oyunlarımız nəticə baxımından həmişə uğursuz alınır. Elə matçlar olub ki, açıq-aşkar üstün oynayırdıq. Bu gün seçim imkanım olsaydı, "Qəbələ" ilə qarşılaşmaq istəməzdim. Bilirdik ki, rəqib son döyüşə çıxacaq. İstəkli idik, növbəti qələbəni qazanmaq istəyirdik. Alınmadı. Təhlil edəcəyik”.