UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi bu axşam başlanır

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi bu axşam başlanır

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start veriləcək.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

Danimarkada baş tutacaq duel ölkəmizdə "İctimai" tv vasitəsilə canlı yayımlanacaq.

Madrid "Real"ının Almaniya səfəri isə "CBC Sport"da təqdim olunacaq.

Bu komandalar arasında cavab qarşılaşmaları martın 6-da keçiriləcək.


UEFA Çempionlar Liqası. 1/8 final. İlk oyunlar


00:00 "Kopenhagen" (Danimarka) - "Mançester Siti" (İngiltərə)

Baş hakim: Xose Maria Martines (İspaniya)

Kopenhagen, “Parken” stadionu.


00:00 "Leypsiq" (Almaniya) - "Real" (İspaniya)

Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina)

Leypsiq, “RB Arena”.