"Qarabağ"ın potensial rəqibləri cavab oyununa çıxır - Çempionlar Liqası
Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək.
MediaSport.az xəbər verir ki, ilk oyun günündə 4 matç baş tutacaq.
"Qarabağ" (Azərbaycan) / "Rakuv" (Polşa) cütünün III raunddakı potensial rəqibləri - Belarusun BATE klubu ev sahibi kimi Macarıstanda Kipr təmsilçisi "Aris"lə qarşılaşacaq. Bu komandaların ötən həftə Limassolda keçirilən ilk matçında Belarus klubu darmadağın edilib - 2:6.
Mərhələnin qalan 8 cavab dueli sabah oynanılacaq.
UEFA Çempionlar Liqası. II təsnifat mərhələsi. Cavab oyunları
21:30. "Panatinaikos" (Yunanıstan) - "Dnepr-1" (Ukrayna) İlk oyun - 3:1
22:00. "Olimpiya" (Sloveniya) - "Ludoqorets" (Bolqarıstan) İlk oyun - 1:1
22:00. BATE (Belarus) - "Aris" (Kipr) İlk oyun - 2:6
22:00. "Slovan" (Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina) İlk oyun - 1:0