Qızıl Avropa Liqası: Azərbaycan yığmaları məğlub olublar

Qızıl Avropa Liqası: Azərbaycan yığmaları məğlub olublar

Voleybol üzrə Qızıl Avropa Liqasında 2-ci tura start verilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan kişi və qadın milli komandaları da növbəti oyunlarını keçiriblər.

Qadınlardan ibarət yığma səfərdə Rumıniya kollektivi ilə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub.

Xatırladaq ki, Faiq Qarayevin rəhbərlik etdiyi komandamız 1-ci turda Xorvatiyaya qalib gəlib (3:0), Slovakiyaya (1:3) uduzub.

Kişilərdən ibarət milli isə səfərdə Belçikadən zəif olub - 0:3.

Fərid Cəlalovun komandası Bakıda təşkil olunan 1-ci turda Rumıniya və Ukrayna kollektivlərinə 0:3 hesabları ilə məğlub olub.