Ağayevi Türkiyəyə çağırdılar
Beynəlxalq dərəcəli hakimi Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.
mediasport.az xəbər verir ki, həmyerlimiz bu gün Türkiyənin İzmir şəhərində keçiriləcək CEV kubokunun 1/8 final mərhələsinin görüşündə iştirak edəcək.
O, kişi voleybolçular arasında keçiriləcək “Arkas İzmir” (Türkiyə) - “Valsa Qrup Modena” (İtaliya) qarşılaşmasında ikinci hakim olacaq. Birinci hakim funksiyasını serbiyalı Tomislav Popoviç yerinə yetirəcək.