Gəncə klubundan yeni transfer
Qadın voleybolçulardan ibarət “Gəncə” klubu Azərbaycan Yüksək Liqasına hazırlığı davam etdirir.
Mediasport.az xəbər verir ki, ölkə çempionatında debüt edəcək komanda heyətini yeni oyunçu ilə gücləndirib.
Qərb təmsilçisi serbiyalı voleybolçu Tiana Yovanoviç ilə anlaşıb. Onunla 1 illik müqavilə bağlanıb.
Son mövsümü ölkəsində “GZOK Serm” komandasında keçirən voleybolçu daha əvvəl “Jelezniçar", “Valyeva”, Belqrad”, “İnciya” və “ZOK Novi-Sad” klublarında da çıxış edib.
Bildirək ki, “Gəncə” daha əvvəl Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, rusiyalı Olqa Zaxarova, İrina Klimanova və Anastasiya Salina ilə anlaşıb. Komanda yeni mövsümdə belaruslu baş məşqçi Sergey Çasnavitskinin rəhbərliyi altında çıxış edəcək.