Tofiq Quliyev Avropa çempionu olub, Niyazi Xələfov 3-cü yeri tutub

Tofiq Quliyev Avropa çempionu olub, Niyazi Xələfov 3-cü yeri tutub

Azərbaycan bilyardçısı Tofiq Quliyev Moldovanın Kişinyov şəhərində keçirilmiş piramida üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Mediasport.az xəbər verir ki, təmsilçimiz 7 ölkədən 70 idmançı arasında birinci yeri tutub.

Azərbaycanın digər bilyardçısı Niyazi Xələfov isə bürünc mükafatın sahibi olub.

Gümüş medala ukraynalı Dmitro Pokotilski layiq görülüb.