Qubada kross qaçışı üzrə yaz ölkə çempionatı start götürəcək

  Qubada kross qaçışı üzrə yaz ölkə çempionatı start götürəcək

Sabah Qubada kross qaçışı üzrə yaz ölkə çempionatı start götürəcək.

Mediasport.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutacaq.

Çempionatda müxtəlif regionları təmsil edən 20 komandanın 200-dən çox idmançısı iştirak edəcək.

Açılış mərasimi aprelin 7-də saat 11:00-da Quba Olimpiya İdman Kompleksində baş tutacaq.