"Araz-Naxçıvan" Almaniya klubuna qarşı - UEFA Çempionlar Liqası

"Araz-Naxçıvan" Almaniya klubuna qarşı - UEFA Çempionlar Liqası

UEFA Çempionlar Liqasında iştirak edən "Araz-Naxçıvan" bu gün ikinci oyununu keçirəcək.

mediasport.az xəbər verir ki, Azərbaycan çempionu Almaniya təmsilçisi "Yan Regensburq"la üz-üzə gələcək.

Latviyada baş tutacaq görüş saat 15:00-da start götürəcək.

Qeyd edək ki, Vitali Borisovun baş məşqçi olduğu komanda dünən ÇL-in ilk oyununda Türkiyə çempionu "İstanbul Şişli" klubuna 9:1 hesabı ilə qalib gəlib. Qrupun açılış oyununda isə meydan sahibi "Riqa" almanları 3:1 hesabı ilə məğlub edib.


UEFA Çempionlar Liqası. İlkin mərhələ


“Yan Regensburq” (Almaniya) – “Araz-Naxçıvan” (Azərbaycan)

Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Piccola (İtaliya), Arttu Kyynaeraeinen (Finlandiya)

Timekeeper: Kiazo Leladze (Latviya)

Hakim-inspektor: Vyaçeslav Darahan (Ukrayna)

UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)

Latviya, Salaspils. Salaspils İdman Arenası. Saat 15:00