Yığma Türkiyədə hazırlaşır
Cüdo millimizin Türkiyənin Antaliya şəhərində beynəlxalq təlim-məşq toplanışı başlayıb.
Federasiyadan mediasport.az saytına verilən məlumata görə, dekabrın 15-nə qədər davam edəcək hazırlıq prosesində böyüklərdən ibarət milli yığma komandanın 15, qadınlardan ibarət milli yığma komandanın isə 8 cüdoçusu iştirak edir.
İdmançılarımıza performans direktor Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərlik edir.
Təlim-məşq toplanışı 20-22 dekabrda İsrailin paytaxtı Qüds şəhərində keçiriləcək Masters turnirinə hazırlıq məqsədi daşıyır.