"Mənimçün yeni səhifə açıldı" - Azərbaycan klubunun yeni transferi
UEFA Avropa Liqasına hazırlaşan "Zirə"nin heyətinə qatdığı Anje Mutsinzi Azərbaycana gəlişini şərh edib.
Mediasport.az xəbər verir ki, son klubu Norveçdə "Yerv" olmuş ruandalı müdafiəçi karyerasında yeni səhifə açdığını vurğulayıb.
2018-ci ildən Ruandanın əsas milli komandasında forma geyinən 26 yaşlı futbolçu bu haqda sosial şəbəkə hesabında paylaşıb:
"Mənim üçün yeni səhifə açıldı. Hər şey Allahın əlindədir".
Xatırladaq ki, Anje daha daha əvvəl ölkəsində "Muhanqa", "Rayon Sports" və APR klublarında, sonra isə "Trofense"də (Portuqaliya) oynayıb.
20 dəfə yığmada meydana çıxmış müdafiəçi sonuncu komandası "Yerv"də 42 matç keçirib, 3 qol vurub.