"Zirə"nin uğurlu seriyası, "Qəbələ"nin çöküşü davam edir - Premyer Liqa

"Zirə"nin uğurlu seriyası, "Qəbələ"nin çöküşü davam edir - Premyer Liqa

Azərbaycan Premyer Liqasında 3-cü tur bu gün keçirilən 2 oyunla davam etdirilib.

mediasport.az xəbər verir ki, matçlardan biri bölgədə, digəri paytaxtda baş tutub.

Mövsümə avrokubok uğursuzluğu ilə başlayan "Qəbələ"nin enişi davam edir. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv ardıcıl 5-ci rəsmi oyununda da meydandan məğlub ayrılıb. Samir Abasovun çalışdırdığı "Sumqayıt" Bayıldan sonra Qəbələ səfərindən də maksimum nəticə ilə qayıdaraq sanki özünə gəldiyinə işarə vurur. Gerisini zaman göstərəcək.

Yeni futbol mövsümünə çempion "Qarabağ" üzərində qələbə ilə start verən "Zirə"də də üzlər gülür. Rəşad Sadıqovun kollektivi ardıcıl 3-cü turu da 3 xalla yekunlaşdırıb.

Turun qalan görüşləri sabah oynanılacaq.


Azərbaycan Premyer Liqası. 3-cü tur

19 avqust (şənbə)


“Qəbələ” – “Sumqayıt” 1:2

Qollar: Osama Xalayla, 53 İsa Süleyman, 3, Kamran Əliyev 31.

Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Rəhman İmami, Kamran Əliyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu, 18:00


“Səbail” – “Zirə” 1:2

Qollar: Yadin Luqasi 31 - Salifu Suma, 15, Filipe Paxtman, 82.

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Fərid Hacıyev

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Rüfət Əmirov

“ASCO Arena”, 20:00

N Klublar O Q H M T-F X
1 Zirə 3 3 0 0 4-1 9
2 Sumqayıt 2 2 0 0 6-2 6
3 Turan Tovuz 3 2 0 1 5-3 6
4 Sabah 1 1 0 0 5-0 3
5 Qarabağ 2 1 0 1 3-1 3
6 Araz Naxçıvan 2 1 0 1 2-3 3
7 Kəpəz 3 1 0 2 1-3 3
8 Neftçi 2 0 1 1 1-2 1
9 Səbail 3 0 1 2 3-7 1
10 Qəbələ 3 0 0 2 1-9 0