AFFA bu 3 xanımı "Qarabağ" - "Turan Tovuz" matçına göndərdi
Bu gün start götürəcək futbol üzrə Azərbaycan Premyer Liqasının 35-ci turunun "Qarabağ" - "Turan Tovuz" oyununa qadın hakimlər də təyinat alıblar.
Mediasport.az xəbər verir ki, FİFA dərəcəli yan xətt hakimləri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə baş hakim Cavid Cəlilovla birlikdə iş başında olacaqlar.
FİFA hakimi Fəridə Lütfəliyeva isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.
Azərbaycan Premyer Liqası. 35-ci tur
20:30. “Qarabağ” - “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Fəridə Lütfəliyeva.
Tofiq Bəhramov adına Respublika stadionu