Qurban Qurbanovu "Bavariya"ya baş məşqçi qoymaq istəyirlər!

Qurban Qurbanovu "Bavariya"ya baş məşqçi qoymaq istəyirlər!

Almaniyanın məşhur satirik idman portalı "Wumms" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla bağlı maraqlı paylaşım edib.

Almaniyada Bremen radiosu tərəfindən yaradılmış portal 52 yaşlı mütəxəssisi "Bavariya"ya dəvət etmək istəyir.

Kompaniyanın 255 min izləyicisi olan rəsmi feysbuk hesabı Qurbanovun fonunda Münhen təmsilçisinin ofisinin fotosunu yerləşdirərək maraqlı qeyd yazıb.

Paylaşımı təqdim edirik:

"Bavariya" yeni baş məşqçi axtarır. Bu şəxsin nömrəsini bilsəydik, zəng edib dəvət edərdik. Az qalmışdı "Bayer"i məğlub etsin".

Mediasport.az