Növbəti il Bakıda sprint yarışı keçirilməyəcək - "Formula 1"

Növbəti il Bakıda sprint yarışı keçirilməyəcək - "Formula 1"

2024-cü ildə "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışı keçirilməyəcək.

Mediasport.az xəbər verir ki, bunu Beynəlxalq Avtomobil Federasiyası (FİA) açıqlayıb.

Qurumun turnirlə bağlı təqvimində sprint yarışı yer almayıb.

Sprint yarışların Çin, Mayami, Avstriya, ABŞ, Braziliya və Qətər Qran-prilərində baş tutacağı nəzərdə tutulub.

Xatırladaq ki, Bakıda keçiriləcək Qran-pri 13-15 sentyabrda təşkil ediləcək.