Sabiq "Neftçi"li futbolçu Dünya çempionatına yollandı - FOTO
2021-ci ildə "Neftçi"nin heyətinə cəlb olunan Yaponiya millisinin keçmiş yarımmüdafiəçisi Keysuka Honda sosial şəbəkə hesabında maraqlı şəkil paylaşıb.
mediasport.az xəbər verir ki, Azərbaycanda mövsümün sonuna qədər 7 oyun keçirmiş Yaponiya yığmasının veteran futbolçusu Qətərdə keçirilən Dünya çempionatına yollanaraq ölkəsinə dəstək olub.
Daha çox "Milan"dakı çıxışları ilə məşhurlaşan Honda qrup mərhələsinin sonuncu turunun Yaponiya - İspaniya (2:1) qarşılaşmasını canlı izləyib. Asiyalılar bu qələbə sayəsində 1/8 finala qrup lideri kimi yollanıblar. Yığma pley-offda Xorvatiya ilə görüşəcək.