Yığma üzvləri Parisdə səs veriblər
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Fransanın paytaxtı Parisdə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində səs veriblər.
Mediasport.az xəbər verir ki, milli komandanın üzvləri federasiyanın vitse-prezidenti Elnur Məmmədlinin rəhbərliyi ilə Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində yaradılan seçki məntəqəsində səsvermə hüququndan istifadə ediblər.
Yığmamız Fransada Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışında iştirak edir.