Rafael Fiziyev UFC-də növbəti döyüşünü Qeyciyə qarşı keçirəcək

Rafael Fiziyev UFC-də növbəti döyüşünü Qeyciyə qarşı keçirəcək

Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyevin UFC-də keçirəcəyi növbəti görüşün vaxtı açıqlanıb.

mediasport.az xəbər verir ki, təmsilçimiz martın 18-də İngiltərənin paytaxtı Londonda keçiriləcək 286 nömrəli turnirin əsas döyüşündə gücünü sınayacaq.

Fiziyevin rəqibi ABŞ idmançısı Castin Qeyci olacaq. İdmançımız ötən il Rafael Dos Anosa qalib gəlib, Qeyci isə Çarlz Oliveyraya məğlub olub.