"Qəbələ"nin üzvü Alim Nəbiyev Belçikada yunan rəqiblə döyüşəcək

"Qəbələ"nin üzvü Alim Nəbiyev Belçikada yunan rəqiblə döyüşəcək

"Qəbələ" İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirəcək.

Mediasport.az xəbər verir ki, 30 yaşlı idmançı "Fight for Honor XII" yarışı çərçivəsində Yunanıstan təmsilçisi Kostas Makedoniadislə qarşılaşacaq.

İyunun 29-da baş tutacaq döyüş Belçikanın paytaxtı Brüsseldə təşkil olunacaq.