"Real"dan 16 yaşlı hücumçu üçün fantastik ödəniş - 72 milyon avro!

"Real"dan 16 yaşlı hücumçu üçün fantastik ödəniş - 72 milyon avro!

Madrid "Real"ı “Palmeyras”ın 16 yaşlı hücumçusu Endriki (Endrik Felipe Moreyra de Souza) heyətinə qatıb.

mediasport.az xəbər verir ki, İspaniya nəhəngi Brazilyinanın U-17 yığmasının forvardına görə qarşı tərəfə fantastik məbləğ - 60 milyon avro ödəyəcək.

"Qalaktikos" əlavə olaraq, 12 milyon avroluq vergi ödənişini də öz üzərinə götürüb.

Endrik "Real"ın düşərgəsinə 2024-cü ilin yayında - 18 yaşı tamam olanda qoşulacaq.