5-ci yerdə gedən komandanın çempionluq şansı 1 faizdir
"Opta" 2023/24 mövsümündə İngiltərə Premyer Liqasında komandaların çempionluq şanslarını dəyərləndirib.
Mediasport.az xəbər verir ki, nəticələr son çempion "Mançester Siti"nin qızıl medallara ən real namizəd olduğunu göstərir.
Rəqəmlər "Tottenhem"in birincilik şansının az olduğunu deyir.
İngiltərə çempionatının ən çox qalibi olan "Mançester Yunayted" (20) beşlikdən kənarda qalıb.
"Opta"nın Premyer Liqada çempionluq dəyərləndirməsi:
1. "Mançester Siti" - 48%
2. "Liverpul" - 31%
3. "Arsenal" - 17%
4. "Aston Villa" - 4%
5. "Tottenhem" - 1%